Ötən gün toylarda qaydaların pozulmasına görə 7 nəfər cərimə olunub, 1 nəfərə cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün toylarda qaydaların pozulmasına görə 7 nəfər cərimə olunub, 1 nəfərə cinayət işi açılıb

09:38 - 12 / 08 / 2021
Ötən gün toylarda qaydaların pozulmasına görə 7 nəfər cərimə olunub, 1 nəfərə cinayət işi açılıb

Avqustun 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 619 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1news.az

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər