Xətaidə yaşıllıq ərazidəki yanğınla bağlı toplanan sənədlər Prokurorluğa göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətaidə yaşıllıq ərazidəki yanğınla bağlı toplanan sənədlər Prokurorluğa göndərilib

13:50 - 13 / 08 / 2021
Xətaidə yaşıllıq ərazidəki yanğınla bağlı toplanan sənədlər Prokurorluğa göndərilib

Bir neçə gün əvvəl Xətai rayonu, Vunqtau küçəsində yaşıllıq ərazidə baş verən yanğınla bağlı aparılan araşdırmalar başa çatıb. Yanğın zamanı 47 şam ağacının yandığı və təbiətə 37 800 manat məbləğində ziyan dəydiyi hesablanıb.

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov 1news.az-a açıqlamasında bildirib. O qeyd edib ki, yanğının qəsdən törədilməsində şübhələr olduğu və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün toplanmış sənədlər Xətai rayon Prokurorluğuna göndərilib.

Aytən Sakitqızı

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər