Metroya daxil olan bəzi şəxslərin koronavirusla bağlı yoxlanılmasına başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroya daxil olan bəzi şəxslərin koronavirusla bağlı yoxlanılmasına başlanılıb

S.Xankişiyeva14:04 - 13 / 08 / 2021
Metroya daxil olan bəzi şəxslərin koronavirusla bağlı yoxlanılmasına başlanılıb

“Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID-19 pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır: “Aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-19-la bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.

Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis vətəndaşlardan COVID-19 pasportunun olub-olmadığını soruşur.

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər