Prezidentin xüsusi nümayəndəsi: Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin xüsusi nümayəndəsi: Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq

S.Xankişiyeva16:19 - 14 / 08 / 2021
Prezidentin xüsusi nümayəndəsi: Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq

"Ağdam şəhərinin tarixi mərkəzində inşası planlaşdırılan Zəfər muzeyinin layihəsini italiyalı mütəxəssislər hazırlayacaq".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq: "Açıq səma muzeyində Ağdam teatrı və şəhər mərkəzi kitabxanasının binasının qalıqları da olduğu kimi qorunacaq. Burada İşğal muzeyi, memorial park və Zəfər muzeyləri inşa ediləcək. İşğal muzeyində olan otaqlardan biri Xocalı faciəsini əks etdirən audio və videoeffektlərlə qurulacaq. Eyni zamanda həmin gecə yaşananları ziyarətçilərə hiss etdirmək üçün otağın qış temperaturunda saxlanılması nəzərdə tutulur".

"Müharibə dəhşətlərini ziyarətçilərə tam şəkildə çatdırmaq üçün saxlanılan binaların qalıqlarının yanında süni göl yaradılacaq. Ziyarətçilər İşğal muzeyində Ağdamın ilk işğal edildiyi vaxtlarla tanış olduqdan sonra memorial bağda işğal dövründəki erməni vəhşiliyinin nümunələrilə tanış olacaqlar. Memorial bağın sonunda isə Zəfər muzeyi inşa ediləcək. Burada ziyarətçilər Vətən müharibəsi zamanı ordumuzun keçdiyi döyüş yolu, əsgərlərimizin şücaətləri ilə tanış olacaq, aparılan hərbi əməliyyatların coğrafi maketləri və sxemlərini görə biləcəklər. Zəfər muzeyində Vətən müharibəsində canınını fəda edən əsgərlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xüsusi lövhə də qoyulacaq".

Paylaş:
640

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər