Şamaxıda şadlıq sarayının sahibi 4 min manat cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda şadlıq sarayının sahibi 4 min manat cərimələnib

S.Xankişiyeva11:03 - 14 / 08 / 2021
Şamaxıda şadlıq sarayının sahibi 4 min manat cərimələnib

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Bəyaz Palace” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər