Biləsuvarda ana körpəsini suda boğaraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda ana körpəsini suda boğaraq öldürüb

S.Xankişiyeva12:05 - 14 / 08 / 2021
Biləsuvarda ana körpəsini suda boğaraq öldürüb

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşı olan övladını su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər