Türkiyəyə yollanan yanğınsöndürənlərimizin bir qrupu Azərbaycana qayıtdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyəyə yollanan yanğınsöndürənlərimizin bir qrupu Azərbaycana qayıtdı

15:10 - 16 / 08 / 2021
Türkiyəyə yollanan yanğınsöndürənlərimizin bir qrupu Azərbaycana qayıtdı

Yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının bir qrupu Azərbaycana qayıdıb.

1news.az-ın məlumatına görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin 165 nəfərlik şəxsi heyətini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, ümumilikdə 743 nəfər şəxsi heyət və 93 ədəd texnika Vətənə yola düşüb. Şəxsi heyətin bir hissəsi təyyarə ilə, digərləri isə texnikalarla birlikdə avtomobil yolu ilə ölkəyə qayıdacaq.

1news.az

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər