Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur

10:40 - 16 / 08 / 2021
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilb ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1news.az

Paylaş:
333

Son xəbərlər

Bütün xəbərlər