341 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

341 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmayıb

11:01 - 16 / 08 / 2021
341 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmayıb

14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.

1news.az xəbər verir ki, monitorinq 57 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 341 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Aytən Sakitqızı

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər