Peyvənd olunanların ümumi sayı 6 milyona yaxınlaşır | 1news.az | Xəbərlər
Cəmiyyət

Peyvənd olunanların ümumi sayı 6 milyona yaxınlaşır

S.Xankişiyeva16:41 - 17 / 08 / 2021
Peyvənd olunanların ümumi sayı 6 milyona yaxınlaşır

Avqustun 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 71 732 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 070 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 392 409 təşkil edir.

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər