Ağacları kəsib qaraj tikmək istədi, amma... -FAKT TƏSDİQLƏNDİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağacları kəsib qaraj tikmək istədi, amma... -FAKT TƏSDİQLƏNDİ

10:00 - 17 / 08 / 2021
Ağacları kəsib qaraj tikmək istədi, amma... -FAKT TƏSDİQLƏNDİ

Binəqədi rayonu Mir Cəlal küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov 1news.az-a açıqlamasında bildirib ki, araşdırma zamanı sözügedən ünvanda qaraj tikintisi məqsədilə 16 ağacın vətəndaş Rahib Əliyev tərəfindən kəsildiyi və təbiətə 9300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Aytən Sakitqızı

Paylaş:
273

Son xəbərlər

Bütün xəbərlər