Şimşək çaxan ərazidə növbətçilik təşkil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimşək çaxan ərazidə növbətçilik təşkil edilib

10:37 - 17 / 08 / 2021
Şimşək çaxan ərazidə növbətçilik təşkil edilib

Ötən gün axşam saatlarında Türyənçay Dövlət Təbiət Qoruğu ərazisində güclü şimşək çaxması müşahidə olunub.

Bunu 1news.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib:

"Ərazidə nəzarətin təmin olunması məqsədilə növbətçilik təşkil edilib, baş verə biləcək yanğınların operativ söndürülməsi üçün müvafiq tədbirlər görülüb".

İradə İbrahimova əlavə edib ki, bir neçə gün əvvəl Qoruğun ərazisində şimşək çaxması nəticəsində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın söndürülüb.

Aytən Sakitqızı

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər