Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 4000-i keçdi - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 377304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 341142 nəfər müalicə olunaraq sağalıb, 5208 nəfər vəfat edib, aktiv xəstə sayı 30954 nəfərdir.
Ölkədə son sutka ərzində 17740, hazırkı dövrədək isə 4252885 test aparılıb.
18 avqusta olan vaksinasiya STATİSTİKASI açıqlandı
1270