Günel Gözəlovanın həkimə qarşı iddiası ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Günel Gözəlovanın həkimə qarşı iddiası ilə bağlı araşdırma aparılır

S.Xankişiyeva15:39 - 19 / 08 / 2021
Günel Gözəlovanın həkimə qarşı iddiası ilə bağlı araşdırma aparılır

Günel Gözəlovanın şikayəti ilə bağlı aradşırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilir ki, Günel Gözəlovanın ərinin həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı izahatlar alınmış, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib.

Hazırda araşdırma davam etdirilir.

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər