“Dövlətin işini çətinləşdirməməliyik” - DİN

“Dövlətin işini çətinləşdirməməliyik. Toy, nişan, ad günü mərasimlərinin təşkili ilə bağlı monitorinqlər bu gün də davam etdirilir. İyulun 1-dən bu günə qədər 4 865 toy şənliyinin monitorinqi həyata keçirilib. Buradakı mənzərə bir o qədər də ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. 46 899 nəfərin COVID-19 pasportu olmayıb. Onlar arasında xəstələr də olub”.
1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Şöbə rəisi vətəndaşları tədirisin başlaması üçün qaydalara əməl etməyə səslədi.
Aytən Sakitqızı