Bakı üzrə peyvənd olunan təhsil işçilərinin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı üzrə peyvənd olunan təhsil işçilərinin sayı açıqlandı

Qafar Ağayev13:44 - 25 / 08 / 2021
Bakı üzrə peyvənd olunan təhsil işçilərinin sayı açıqlandı

Paytaxtda təhsil işçilərinin 26 486 nəfəri vaksinasiya prosesinə qoşulub.

1news.az xəbər verir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi davam edir. Bütün bunlar ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir.

Koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Qeyd edək ki, paytaxtın Pirallahı, Xəzər, Binəqədi, Nəsimi, Sabunçu, Yasamal və Suraxanı rayon məktəbləri vaksinasiyanı nümunəvi həyata keçirən təhsil müəssisələri sırasındadır. Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiyadan keçib.

Paylaş:
449

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər