Rövşən Əkbərovun məhkəməsi təxirə salındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Rövşən Əkbərovun məhkəməsi təxirə salındı

S.Xankişiyeva11:17 - 25 / 08 / 2021
Rövşən Əkbərovun məhkəməsi təxirə salındı

Bu gün Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan prosesə məhkəmə tərkibindəki hakimlərdən biri gəlmədiyindən proses sentyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər