Daha iki poliklinika vaksinasiya prosesinə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha iki poliklinika vaksinasiya prosesinə cəlb olunub

Qafar Ağayev12:48 - 25 / 08 / 2021
Daha iki poliklinika vaksinasiya prosesinə cəlb olunub

Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb.

Səhiyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib.

Adı çəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər.

Paylaş:
666

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər