Bakıda reyd keçirildi: Sudan qanunsuz istifadə edənlər aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda reyd keçirildi: Sudan qanunsuz istifadə edənlər aşkarlandı - FOTO

Qafar Ağayev17:01 - 26 / 08 / 2021
Bakıda reyd keçirildi: Sudan qanunsuz istifadə edənlər aşkarlandı - FOTO

Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Bakının Nərimanov rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən 1news.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Əhməd Rəcəbli küçəsində avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektdə yaxınlıqdan keçən su xəttinə qoşulma edilib və sudan qanunsuz istifadə olunub. Bununla əlaqədar dəymiş ziyan hesablanıb və obyektin su təchizatı dayandırılıb.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq içməli suyu talayan ünvanlardan biri də Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən ət kəsimi məntəqəsi olub. Sudan uçotsuz və sayğacdankənar istifadə edən obyektin su təchizatı dərhal dayandırılıb.

Nərimanov rayonu ərazisində yerləşən və 204 saylı marşrut avtobusunun qarajı kimi tanınan ərazidə də sudan qanunsuz istifadə halı aşkarlanıb. Məlum olub ki, yaxınlıqdan keçən su kəmərindən qaraj ərazisinə su xətti çəkilib və sudan uçotsuz istifadə olunub.

Müəyyən olunmuş hər bir fakt üzrə zəruri tədbir görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib. Eyni zamanda, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb və içməli sudan qanuni istifadənin yolları sahibkara izah edilib.

Vətəndaşları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə cari ilin ötən dövründə sudan qanunsuz istifadə ilə bağlı 178 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Qeyd edək ki, 2021-ci ilin 7 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 10519, Nərimanov rayonu üzrə isə 130 fakt aşkarlanıb. Belə hallarla bağlı ölkə üzrə 2 mln 877 min kubmetr, Nərimanov rayonu üzrə 31 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Paylaş:
651

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər