Şuşalılar ilk dəfə doğma şəhərlərindən Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik ediblər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşalılar ilk dəfə doğma şəhərlərindən Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik ediblər - VİDEO

Qafar Ağayev10:50 - 26 / 08 / 2021
Şuşalılar ilk dəfə doğma şəhərlərindən Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik ediblər - VİDEO

Daha bir qrup Şuşa sakini avqustun 26-da doğma şəhərini görmək imkanı qazanıb.

1news.az-ın məlumatına görə, 52 sakinin səfəri Birinci vitse-prezident Mehriban Əliyevanın ad gününə təsadüf edib və bu münasibətlə sakinlər sülh rəmzi olan göyərçinləri səmaya buraxıb, Birinci vitse-prezidentə öz xoş arzularını çatdırıblar.

Xatırladaq ki, 19 avqustdan etibarən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 100-dən çox şəhər sakini öz doğma yurduna səfər edib.

Səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulub.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər