Azərbaycanda son sutkada 43 nəfər koronavirusdan vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada 43 nəfər koronavirusdan vəfat edib

S.Xankişiyeva16:13 - 28 / 08 / 2021
Azərbaycanda son sutkada 43 nəfər koronavirusdan vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib, aktiv xəstə sayı 50244 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, ötən müddət ərzində isə ümumilikdə 4 414 517 test aparılıb.

Paylaş:
923

Son xəbərlər

Bütün xəbərlər