Səbaildə marketdən pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə marketdən pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qafar Ağayev17:58 - 30 / 08 / 2021
Səbaildə marketdən pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Səbail rayonunda mağazadan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 28-də rayon ərazisindəki marketlərin birində Bakı şəhər sakini Y.Həsənlinin içərisində 300 ABŞ dolları və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Qabalov Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırmalar davam edir.

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər