Yasamalda motosiklet oğurlayan keçmiş məhkum yaxalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda motosiklet oğurlayan keçmiş məhkum yaxalanıb

13:20 - 31 / 08 / 2021
Yasamalda motosiklet oğurlayan keçmiş məhkum yaxalanıb

Yasamal rayonunda oğurluq edən keçmiş məhkum yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, avqustun 15-də və 29-da Bakı şəhər sakinlərinə məxsus bir mopedi oğurlamaqda və “Mondial” markalı motosikleti qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Əsgərov rayon polis idarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırmalar davam edir.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər