9 yaşlı İbrahimin atası: Vaxt əleyhimizə işləyir, mümkün qədər tez əməliyyat tələb olunur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

9 yaşlı İbrahimin atası: Vaxt əleyhimizə işləyir, mümkün qədər tez əməliyyat tələb olunur – FOTO

S.Xankişiyeva11:05 - 31 / 08 / 2021
9 yaşlı İbrahimin atası: Vaxt əleyhimizə işləyir, mümkün qədər tez əməliyyat tələb olunur – FOTO

9 yaşlı İbrahim Şıxkamalovun atası yardım xahişi ilə 1news.az-ın redaksiyasına müraciət edib.

Onun oğlu uşaq serebral iflicindən və bud-çanaq oynağı displaziyasından əziyyət çəkir. İldən-ilə uşağın oturması çətinləşir. Yeganə çıxış yolu olan əməliyyata isə ailənin sadəcə imkanı çatmır.

İbrahimin atası Əlinin sözlərinə görə, doğuşdan uşağın müalicəsi ilə məşğul olurlar.

“İbrahim 2012-ci ildə anadan olmuş əkizlərimizdən biridir. Onlar vaxtından qabaq doğulmuş və dərhal barokameraya yerləşdirilmişdilər. Təəssüf ki, oğlanlardan biri yalnız 10 gün yaşadı, İbrahimi isə həkimlər “3-cü dərəcəli qansızma” diaqnozu ilə xəstəxanadan buraxdılar. Elə ilk günlərdən uşağı həkimlərə göstərdik və son nəticədə onlardan biri İbrahimi uzun müddət müalicə etdi. Təəssüf ki, beyin və uşaq serebral iflicindən savayı İbrahimin həm də skelet sümükləri ilə bağlı problemlərinin olduğundan xəbərsiz idik. 2018-ci ildə iş üçün ailəmlə birlikdə Nijnevartovska köçdükdən sonra bundan xəbər tutduq. Orada uşağı rentgen edən həkimlər illər keçdikcə problemin daha da dərinləşəcəyini dedilər. İbrahimin sadəcə uşaq arabasında rahat oturması üçün əməliyyat tələb olunur.

Pul toplamağa başladım və tələb olunan məbləğin demək olar ki, yarısını (təxminən 5000 AZN) toplaya bildim. Lakin COVID-19 pandemiyasının başlaması ilə 2020-ci ilin mart ayında işlədiyim şirkət bağlandı. Nəticədə, topladığım bütün pulu ev kirayəsinə və ailənin dolanışığına xərcləməli oldum. Sonra daha ucuz mənzil tutmaq üçün Dağıstana köçmək qərarına gəldik.

Məsələ burasındadır ki, il yarım bundan əvvəl pandemiyanın bu qədər uzanacağını düşünmürdüm. Lakin bunun uzunmüddətli olduğunu başa düşəndə Azərbaycana qayıtmaq qərarına gəldik və buna böyük çətinliklə nail olduq. Şadam ki, Vətənə qayıtmışam və burada da qalmaq istəyirəm. Problem bundadır ki, burada işsizəm. Mən hələ də Ukrayna vətəndaşıyam. (1994-cü ildə ora köçmüşdüm, 2007-ci ildə isə ailə qurmaq üçün Azərbaycana qayıtdım)

Hazırda Ukraynaya da qayıda bilmirəm, çünki mən Donetskdənəm, orada isə iş yoxdur.

Hazırda tikintidə fəhlə işləyirəm, həyat yoldaşım isə təcili yardım stansiyasında çalışır. İbrahimdən savayı Allahın payı olan daha bir kiçik oğlumuz var.

Amma hər gün böyük oğluma baxanda ürəyim qan ağlayır. Ona kömək etmək, heç olmasa əzablarımı azaltmaq istəyirəm, amma sadəcə gücüm çatmır. Həyat yoldaşımın maaşı və mənim qazancım dolanışığa güclə çatır.

Yalnız İbrahimi Nijnevartovska aparıb əməliyyat etmək üçün tələb olunan məbləği toplamaqda kömək istəyirəm. Orada dostlarım var, bu səbəbdən əməliyyat dövründə qalmaqla bağlı problem olmayacaq. İbrahimi əməliyyat etmək üçün tələb olunan 10 min manatı (əməliyyatın qiyməti 400 min rubldur) yenidən toplamağa ehtiyac var.

İnanın, həmvətənlərimdən yardım istəməklə bağlı qərar vermək heç də asan olmadı. Ömrüm boyu özüm işləyib ailəmi dolandırmışam, İbrahimin müalicəsinə böyük pullar xərcləmişik, onu əməliyyat etmək üçün yenə də işləməyə hazır idim, amma... İndi Nijnevartovskda işləyə bilsəydim, pandemiya olmasaydı, işlədiyim müəssisə bağlanmasaydı həmvətənlərimdən yardım istəməzdim. Gözləmək mümkün olsaydı özümün öhdəsindən gələ biləcəyimə ümid edərdim.

Amma məsələ burasındadır ki, vaxt əleyhimizə işləyir: İbrahim böyüyür, skeleti də dəyişir bu səbəbdən mümkün qədər tez əməliyyat tələb olunur, çünki günü-gündən problemlər daha da dərinləşir.

Çox xahiş edirəm, bu məbləği toplamaqda bizə kömək edin. Xərclənmiş hər qəpiyin hesabatını verməyə söz verirəm. Amma mən yardım üçün müracitə etməyə məcburam, çünki söhbət oğlumdan gedir”, - Ə.Şıxkamalov deyib.

Biz də Əli Şıxkamalovun xahişinə qoşuluruq və imkanı olan hər kəsdən aşağıdakı hesaba bir neçə manat da olsa yardım etməyi xahiş edirik.

Yardım üçün vəsait “card to card” vasitəsilə:

5167 5141 0895 7349

və ya ödəniş terminalları vasitəsilə aşağıdakı hesaba köçürülməlidir:

Bank Respublika – 380194401323854501

Əlaqə nömrələri:

(070) 669 74 53 Əli (İbrahimin atası)

(070) 672 62 53 Elnarə (İbrahimin anası)

Xalqımızın belə bir deyimi var: “Əl tutmaq Əlidən (imam) qalıb”.

Allah əvəzini versin!

Paylaş:
1665

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər