“Övladınızı məktəbə qabaqcadan zehni və fiziki hazırlamağa başlayın” – Mütəxəssisdən tövsiyə | 1news.az | Xəbərlər
Cəmiyyət

“Övladınızı məktəbə qabaqcadan zehni və fiziki hazırlamağa başlayın” – Mütəxəssisdən tövsiyə

Qafar Ağayev12:06 - 31 / 08 / 2021
“Övladınızı məktəbə qabaqcadan zehni və fiziki hazırlamağa başlayın” – Mütəxəssisdən tövsiyə

Məktəbin başlanğıcı - həyatda keyfiyyətcə yeni bir dövr və uşağın orqanizminə bir növ psixoloji yükdür. Məktəblə tanışlığın ilk təəssüratlarının müsbət olması və sağlamlığına mənfi təsir etməməsi üçün uşağınıza necə kömək edə bilərsiniz?

1news.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov bu suala aydınlıq gətirdi.

Professorun sözlərinə görə, bu məsələdə valideynlərin rolu əvəzsizdir: “Körpənin həyatında yeni bir vacib mərhələyə alışmasını asanlaşdıran bəzi sadə tövsiyələr və məsləhətlər vermək istərdim. Övladınızı məktəbə qabaqcadan zehni və fiziki hazırlamağa başlayın. Məktəbdə oxumağın niyə vacib və zəruri olduğunu izah edin. İdeallaşdırmadan, eyni zamanda, məktəb haqqında mənfi danışmadan maraqlı, maarifləndirici, əyləncəli məktəb təcrübələrinizi paylaşın. Tədricən gələcək şagirdə dərslərə vaxtında gəlmək üçün səhər tezdən qalxmağı, arzu olunan oyanma vaxtına yaxınlaşdırmağı öyrədin. Tədris ili başlamazdan öncə, məktəbin həyətində gəzintiyə çıxın, onu gələcək müəllimi ilə tanış edin, sinfi göstərin. Bu, uşağın yeni mühitə alışmasını asanlaşdıracaq”.

“Evdə, əyləncəli formada bir məktəb dərsinin səhnəciyini yaradın: stullar qoyun, potensial bir şagirdi, bacı-qardaşlarını otuzdurun, əgər yoxdursa, uşağın sevimli oyuncaqlarından istifadə edin və s. Sadə suallar verin, uşağınızı düzgün cavab verməyə təşviq edin, məktəbdə və dərs zamanı partada davranış qaydalarını izah edin. Ümumiyyətlə, hər şey valideynlərin təxəyyülündən və yaradıcılığından asılıdır. Uşağa qabiliyyətli olduğunu və məktəbdə onun böyük uğurlara nail edə biləcəyini demək vacibdir. Məktəb ləvazimatlarını mütləq şəkildə uşaqlarınızla birlikdə alın. Məsləhətləşin, dinləyin, lazım gələrsə izah edin və əsaslandırın ki, niyə siz bu və ya digər dəftəri, qələmi, qovluğu, çantanı almağı üstün tutursunuz. Gələcəkdə bu, uşağın ehtiyac duyduğu malları şüurlu şəkildə istifadə etməsini və almasını stimullaşdıracaq”, - deyə ATU-nun Uşaq xəstəlikləri kafedrasının professoru vurğuladı.

Onun sözlərinə görə, vacibdir ki, övladınızın ilk məktəb günü unudulmaz, rəngarəng və əhəmiyyətli bir bayram kimi keçsin: “Uşağınızla bu gün hansı yeməyi bişirəcəyinizi, bu əlamətdar hadisəni qeyd etmək üçün sevdiklərinizdən kimləri şam yeməyinə dəvət edəcəyinizi, harada gəzintiyə çıxacağınızı müzakirə edin”.

“Birinci sinif şagirdi həddindən artıq yükləmək məsləhət görülmür, xüsusən də birinci tədris ilinin əvvəlində, xarici dildə əlavə dərslər, musiqi və s. Bu, psixikaya düşən yükü artırır və körpənin görmə orqanını gərginləşdirir. Bu müddət ərzində gimnastika, açıq havada gəzinti və dərslərdən sonra axşamlar məktəbdə yeni hadisələrin müzakirəsi faydalı ola bilər. Müvafiq şərtlər və istəklər daxilində uşaq üzgüçülük, stolüstü tennis, rəqslə məşğul ola bilər. Fiziki fəaliyyət qan dövranını yaxşılaşdıracaq, immuniteti, yaddaşı gücləndirəcək və körpənin əhvalını qaldıracaq”, – deyə H.Qabulov birdirdi.

Müsahibənin sonunda professor dünyada koronavirusun yayılmasının davam etməsi ilə əlaqədar, valideynlər tərəfindən uşaqları müxtəlif yoluxucu xəstəliklərdən qoruya biləcək sadə və tanınmış gigiyena qaydalarının zəruriliyini izah etməsinin vacibliyini vurğuladı.

Paylaş:
558

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər