Dünən 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

S.Xankişiyeva11:17 - 01 / 09 / 2021
Dünən 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Avqustun 31-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər