Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Qafar Ağayev10:36 - 02 / 09 / 2021
Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 7-si saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Sentyabrın 2-si saat 9:30-a olan məlumata əsasən, 15009 (Azərbaycan bölməsi – 14 min 702, rus bölməsi - 307) abituriyent ixtisas seçimi edib.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılır. Xoreoqrafiya sənəti (sahələr üzrə) və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

2021/2022-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunub.

Paylaş:
340

Son xəbərlər

Prezident Şuşa-Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayırıbBu gün, 13:24Ağdamda mina partlayıb, xəsarət alan varBu gün, 13:19Şuşa‒Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıbBu gün, 13:08Baş nazir: İşğaldan azad olunmuş ərazilərə 2026-cı ilədək 34 500 ailənin köçürülməsi nəzərdə tutulubBu gün, 13:02Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının görüşü keçirilirBu gün, 12:47Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşirBu gün, 12:37Dekabrın 6-da hava necə olacaq? - ProqnozBu gün, 12:26Gəncədə itlərin vurulması ilə bağlı görüntülər araşdırılırBu gün, 12:22Milli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı layihəni müzakirə edirBu gün, 12:16“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdəBu gün, 11:49Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilibBu gün, 11:48“Sənaye Təhlükəsizliyi Zirvəsi” uğurla başa çatdı! - FOTOBu gün, 11:35Səhiyyə Nazirliyindən 10 yaşa qədər uşaqların qızılcaya qarşı peyvəndi ilə bağlı əhaliyə müraciətBu gün, 11:22Azərbaycan Prezidenti Tailand Kralını təbrik edibBu gün, 11:18ASCO korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini davam etdirir - VİDEOBu gün, 11:17Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıbBu gün, 11:06Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıbBu gün, 11:03Azərbaycan və Kuba arasında ilk siyasi məsləhətləşmələr keçirilib - FOTOBu gün, 10:54Şagirdlərin fövqəladə hallarda davranışı ilə bağlı tədbirlər keçirilibBu gün, 10:41HHM bölmələrində döyüş atışları icra olunub - VİDEOBu gün, 10:03
Bütün xəbərlər

Next TV