Heydər Əliyev Fondu və Çin səfirliyinin dəstəyi ilə Sabirabadda futbol meydançası yenidən qurulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu və Çin səfirliyinin dəstəyi ilə Sabirabadda futbol meydançası yenidən qurulub - FOTO

10:48 - 02 / 09 / 2021
Heydər Əliyev Fondu və Çin səfirliyinin dəstəyi ilə Sabirabadda futbol meydançası yenidən qurulub - FOTO

Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Sabirabad şəhər Nizami Gəncəvi adına 5 №-li orta məktəbdə futbol meydançası yenidən qurulub.

1news.az xəbər verir ki, futbol meydançasının açılışında Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov, 63 saylı Sabirabad birinci seçki dairəsinin deputatı Kamal Cəfərov, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin konsulu və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları, Nizami Gəncəvi adına 5 №-li orta məktəbin müəllim kollektivi və şagirdlər müasir futbol meydançasına görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, futbol meydançası “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanıb və cari ilin 15 sentyabr tarixində mövcud karantin qaydaları nəzərə alınmaqla “Nizami Gəncəvi” adına məktəbələrarası futbol yarışması keçiriləcək.

1news.az

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər