Poliklinikanın şüşəsini sındırıb içəri daxil olan şəxslə bağlı cinayət işi başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Poliklinikanın şüşəsini sındırıb içəri daxil olan şəxslə bağlı cinayət işi başlanıldı

Qafar Ağayev11:20 - 02 / 09 / 2021
Poliklinikanın şüşəsini sındırıb içəri daxil olan şəxslə bağlı cinayət işi başlanıldı

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmağa yönələn halların qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə fəaliyyət davam etdirilir.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumat məlumata görə, avqustun 31-də saat 18 radələrində paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının qarşısında vaksinasiya növbəsində bir qrup şəxsin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi ilə bağlı Səhiyyə Nazirliyinin müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Müəyyən edilmişdir ki, Ağayev Ceyhun Tofiq oğlu vaksinasiya növbəsini gözləyərkən internet şəbəkəsinin zəif olması səbəbindən ona köməklik göstərilməməsini bəhanə edib poliklinikanın qapısının şüşəsini sındıraraq həyat yoldaşı Ağayeva Rəna Qəhrəman qızı ilə birlikdə içəri daxil olub orada işləyən tibb personalının ünvanına nəlayiq ifadələr işlətmiş və Terapiya şöbəsinin müdiri Afət Əzimova, sahə həkimi Aynur Məmmədova və həkim Günel Nuriyevaya qarşı zor tətbiq etməklə onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Fakta görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilməklə təqsirli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.

Paylaş:
385

Son xəbərlər

“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdəBu gün, 11:49Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilibBu gün, 11:48“Sənaye Təhlükəsizliyi Zirvəsi” uğurla başa çatdı! - FOTOBu gün, 11:35Səhiyyə Nazirliyindən 10 yaşa qədər uşaqların qızılcaya qarşı peyvəndi ilə bağlı əhaliyə müraciətBu gün, 11:22Azərbaycan Prezidenti Tailand Kralını təbrik edibBu gün, 11:18ASCO korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini davam etdirir - VİDEOBu gün, 11:17Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıbBu gün, 11:06Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıbBu gün, 11:03Azərbaycan və Kuba arasında ilk siyasi məsləhətləşmələr keçirilib - FOTOBu gün, 10:54Şagirdlərin fövqəladə hallarda davranışı ilə bağlı tədbirlər keçirilibBu gün, 10:41HHM bölmələrində döyüş atışları icra olunub - VİDEOBu gün, 10:03Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə cüzi ucuzlaşıbBu gün, 10:02Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıbBu gün, 09:53“İçərişəhər” və “İçan-Qala” arasında əməkdaşlıq protokolu imzalanıbBu gün, 09:50Ötən gün vətəndaşlardan 39 silah götürülübBu gün, 09:40Nyu-York birjasında təbii qaz daha da ucuzlaşıbBu gün, 09:37Qubada narkotik satışı ilə məşğul olan bacı-qardaş saxlanılıbBu gün, 09:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:07Bakı yollarında vəziyyət - tıxac yaranan küçə və prospektlərin SİYAHISIBu gün, 08:56Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə sədr təyin olunub04 / 12 / 2023, 20:11
Bütün xəbərlər

Next TV