Şənbə gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şənbə gününə olan hava proqnozu açıqlanıb

13:10 - 03 / 09 / 2021
Şənbə gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayının 4-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21 isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

1news.az

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər