Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür - VİDEO

13:52 - 03 / 09 / 2021
Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür - VİDEO

Azərbaycanın bütövlüyü, azadlığı uğrunda 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də İbrahimov Murad Valeh oğlu oldu.

Yaşasaydı bu gün 28 yaşı tamam olacaqdı. Vətənə olan sevgisi 28 yaşını doğmaları ilə deyil, cənnətdə keçirməyə vəsilə oldu.

Bu gün YAP Gəncə şəhər təskilatının üzvüləri şəhidin doğmaları ilə birlikdə İbrahimov Murad Valeh oğlunun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər qərənfillər, əklil qoyulub, ruhuna dualar oxunub.

Şəhid atası İbrahimov Valeh oğlu ilə qürur duyduğunu dilə gətirib.

Sonda Gəncə şəhər şəhilər xiyabanının həyətində şəhid Murad Valeh oğlu üçün ehsan süfrəsi açılıb.

1news.az

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər