Meksika televiziyasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında reportaj efirə gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika televiziyasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında reportaj efirə gedib

Qafar Ağayev09:36 - 03 / 09 / 2021
Meksika televiziyasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında reportaj efirə gedib

Meksikanın geniş izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan bölgədəki vəziyyət barədə götürdüyü müsahibə efirə gedib.

Azərbaycanın Meksikadakı səfirliyindən 1news.az-a bildirilib ki, müsahibədə əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin Azərbaycan üçün xüsusi coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyət kəsb etdiyini bildirən səfir, Şuşa şəhərinin işğaldan azad edilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

Hazırda 30 ilə yaxın işğal atında olmuş və erməni vandalizminə məruz qalmış işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin aparıldığı qeyd olunub, Azərbaycanın qarşısında duran ən vacib məqsədlərin bu ərazilərin yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi olduğu bildirilib.

Sonra azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə işğaldan ziyan görmüş ərazilərdə mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verilib, hazırda Azərbaycan tərəfindən həmin ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin görüldüyü qeyd olunub.

Müxbirin tanınmış fransız yazıçısı Aleksandr Dümanı şahmatda məğlub edən görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan barəsində sualına cavab verən səfir, onun sonuncu Qarabağ xanının qızı olduğunu, Xurşidbanu Natəvan kimi, Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin Şuşada anadan olduğunu söyləyib. Bir çox mədəni abidələr kimi, Xan qızı Natəvanın sarayının da erməni vandalizminə məruz qaldığı təəssüflə qeyd edilib.

Paylaş:
369

Son xəbərlər

Ağdamda mina partlayıb, xəsarət alan varBu gün, 13:19Şuşa‒Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıbBu gün, 13:08Baş nazir: İşğaldan azad olunmuş ərazilərə 2026-cı ilədək 34 500 ailənin köçürülməsi nəzərdə tutulubBu gün, 13:02Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının görüşü keçirilirBu gün, 12:47Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşirBu gün, 12:37Dekabrın 6-da hava necə olacaq? - ProqnozBu gün, 12:26Gəncədə itlərin vurulması ilə bağlı görüntülər araşdırılırBu gün, 12:22Milli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı layihəni müzakirə edirBu gün, 12:16“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdəBu gün, 11:49Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilibBu gün, 11:48“Sənaye Təhlükəsizliyi Zirvəsi” uğurla başa çatdı! - FOTOBu gün, 11:35Səhiyyə Nazirliyindən 10 yaşa qədər uşaqların qızılcaya qarşı peyvəndi ilə bağlı əhaliyə müraciətBu gün, 11:22Azərbaycan Prezidenti Tailand Kralını təbrik edibBu gün, 11:18ASCO korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini davam etdirir - VİDEOBu gün, 11:17Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıbBu gün, 11:06Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıbBu gün, 11:03Azərbaycan və Kuba arasında ilk siyasi məsləhətləşmələr keçirilib - FOTOBu gün, 10:54Şagirdlərin fövqəladə hallarda davranışı ilə bağlı tədbirlər keçirilibBu gün, 10:41HHM bölmələrində döyüş atışları icra olunub - VİDEOBu gün, 10:03Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə cüzi ucuzlaşıbBu gün, 10:02
Bütün xəbərlər

Next TV