Qadını tövlədə bağlayan şəxsin işi məhkəməyə göndərilib

Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə saxlanılması faktı ilə bağlı istintaq yekunlaşıb.
1news.az-ın məlumatına görə, müəyyən edilib ki, 31 may 2021-ci il tarixdə Gədəbəy rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstəliyi olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütamadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verməklə əzab vermiş, boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.
Bundan başqa o, Səkinə Həsənovaya məxsus pensiya kartına 2018-ci ilin oktyabr ayından 2021-ci ilin 31 may tarixinədək olan müddət ərzində mədaxil olunmuş ümumilikdə 7 min 56 manat pulu mənimsəyib öz ehtiyaclarına xərcləməklə israf edib.
Qəzənfər Hacıyev Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
1news.az