“Yüksəliş” müsabiqəsinin qalibləri Şuşaya səfər ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsinin qalibləri Şuşaya səfər ediblər – FOTO

S.Xankişiyeva14:22 - 04 / 09 / 2021
“Yüksəliş” müsabiqəsinin qalibləri Şuşaya səfər ediblər – FOTO

“Yüksəliş” müsabiqəsinin qalibləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşa şəhərinə səfər ediblər.

1news.az-ın verdiyi xəbərə görə, müsabiqənin qalibləri Şuşaya çəkilən “Zəfər yolu” boyunca səfər zamanı Ali Baş Komandanın rəhbərliyi altında qələbə qazanmış müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi torpaqlarımızda aparılan abadlıq və quruculuq işləri ilə tanış olublar.

Onlar səfər çərçivəsində Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər olan, professional vokal məktəbinin qurucusu sayılan Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyində olublar. Hər iki tarixi mədəniyyət ocağında təmir-bərpa və yenidənqurma işləri aparıldıqdan sonra avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilib.

Səfər iştirakçıları daha sonra Şuşanın tarixi tikililərindən olan və erməni işğalı dövründə dağıntılara məruz qalan Mehmandarovların malikanə kompleksinə baş çəkərək təmir-bərpa işləri ilə tanış olublar. Eyni zamanda, səfər nümayəndələri əsrarəngiz mənzərəsi ilə dünyanın məşhur təbiət ərazilərindən sayılan Cıdır düzündə gəzinti ediblər.

Sonda səfər çərçivəsində Şuşa qalasına və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan üç sərgiyə baxış olub.

Səfərdə “Yüksəliş” müsabiqəsinin 27 qalibindən 20 nəfəri iştirak edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Paylaş:
708

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər