Tikinti aparılan ərazidəki ağaclar nəzarətə götürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tikinti aparılan ərazidəki ağaclar nəzarətə götürülüb - FOTO

12:50 - 06 / 09 / 2021
Tikinti aparılan ərazidəki ağaclar nəzarətə götürülüb - FOTO

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 116 G ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov 1news.az- a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib:

“Araşdırma zamanı torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş Şahxanım Əhmədovanın istifadəsinə verildiyi məlum olub”.

V.Cavadov qeyd edib ki, tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə obyektin sahibi Ş.Əhmədovaya təhvil verilib.

Aytən Sakitqızı

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər