“Rus dilində tədrisə yenidən baxılmalıdır” - Təhsil eksperti valideyinləri qınadı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rus dilində tədrisə yenidən baxılmalıdır” - Təhsil eksperti valideyinləri qınadı

13:02 - 07 / 09 / 2021
“Rus dilində tədrisə yenidən baxılmalıdır” - Təhsil eksperti valideyinləri qınadı

11-ci sinif şagirdi Jalə Əhmədova 4-cü sinfədək rus bölməsində təhsil alıb. 5-ci sinifə keçəndə isə valideyinləri onu Azərbaycan dili bölməsinə qoyublar. Buna səbəb isə evdə Jalənin nə atasının, nə də ansının rus dilində bilməməsi olub.

“Bəs belə idisə niyə Jaləni məcburi şəkildə rus bölməsinə qoydunuz?” sulalına “Nə bilək əşşi, gördük ətrafda hamı qoyur biz də qoyduq ki, heç kimdən geri qalmayaq” cavabını aldım. İlk illərdə Jalə hədsiz stress yaşayıb, adaptasiya ola bilməmək , Azərbaycan dilində bəzi terminləri anlamamq kimi stress. Deməli Jalənin valideynləri kimi ölkədə bir çox valideyn var ki, məhz “qonşudan qalma dala” prinsipi ilə övadlarının istər psixologiyasını, istərsə də gələcək həyatını sual altına alırlar.

Rus dilini özünün ana dili kimi qəbul edən balaca Jasminin atası İntiqam isə deyir ki, istər orta, istərsə də ali təhsil müəssisəsində özü rus bölməsində təhsil aldığından, qızını vaxtı çatanda rus bölməsinə qoyacaq.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov 1news.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycanda rus bölməsində təhsil vermək kimi bir öhdəlik yoxdur. Sadəcə Azərbaycanın rusdilli vətəndaşlarının, insanların təhsil almaq imkanlarının daha da genişləndirilməsi üçün rus dilində təhsili öz üzərinə götürüb, ölkədə kifayət qədər yer ayrılıb:

“Məsələn, bu gün 4400 orta ümumtəhsil məktəbinin 340-da tədris rus dilində aparılır. Burada 1,6 milyon azərbaycanlı şagirdin 90 mini rus dilində təhsil alır və yaxud 450 min şagirdə xarici dil kimi rus dili keçirilir. Bu rəqəmlər çox ciddidir. Amma etiraf edək ki, artıq bir çox MDB ölkələri, o cümlədən Ukrayna, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya ölkələri rus dilində təhsildən imtina ediblər. Bunların fonunda Azərbaycanda hələ də rusdilli vətəndaşlar üçün ayrıca tədris həyata keçirlir. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Rus dili dünyada işlək dil deyil. Düzdür ədəbiyyat, tarix baxımından kifayət qədər mənbələr var, amma ayrıca bölmə kimi biz ancaq xarici dil kimi keyfyyətli tədrsi həyat keçirə bilərik”.

Bu gün rus dili bölməsinə meyllənmənin güclü olduğunu deyən eksperet əlavə etdi ki, bu meyillənmə sonradan pis nəticələrə gətirib çıxarır:

“Təəssüf ki, 1-ci sinfə qəbulda rus bölməsinə 15 min uşaq qəbul olur. Amm 11-ə çatanda onların sayı 6000-ə qədər azalır. Onlar rus dilindən imtina edirlər. Səbəb odur ki, ailədə nə ana, nə də ata rus dilini bilmir. Təbii ki, xoşagəlməz bir haldır, qarşısı mütləq şəkildə alınmalıdır. Müsahibə zamanı yoxlamalar aparılmalıdır ki, ailədə rus dilini bilən varmı?! Övladını rus bölməsinə qoymaq artıq dəb halını alıb, amma sonradan övladlarının ev tapşırıqlarının yerinə yetirilməyində onlara köməklik göstərə bilmirlər. Nəticədə ortaya xoşagəlməz hallar çıxır. Hesab edirəm ki, bu halın qarşısını almaq üçün rus bölməsinə girişlə bağlı məhdudiyyətlər tətbiq edilməlidir. İbdidai siniflərdə rus dili tədris olunmasın, yalnız ibdidai təhsil müdəti başa çatdıqdan sonra uşaqlar rus dili bölməsi üzrə oxuya bilərlər. Rus dili bölməsinin yerinə xarici dil kimi daha keyfiyyətli rus dili tədris etməliyik. Həm də valideyinlər övladlarını ona görə rus bölməsinə qoyurlar ki, ali təhsil müəssisəsinə qəbul zamanı rus bölməsinin şansı böyükdür. Bu əlbəttə ki, hüquqların tapdanmasıdır”.

İstənilən halda dil bilmək yaxşı göstərici hesab olunur. Təbii ki, bir yox, bir neçə dil. Amma bütün bunların fonunda isə öz ölkəmizdə gündəlik olaraq rus dilində deyil, öz doğma ana dilimizdə danışmaqla onu gələcək nəsillərə ötürə bilək. Rus dilinə olan vərdiş, ehtiyac və tələbimizi öz doğma dilimizə yönləndirək. Çünki bu indiki halda bizə hava və su kimi lazımdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Çünki bu dil bizim toxunulmaz sərvətimizdir. Unutmamalıyıq ki, bizim bir xalq olaraq formalaşmağımızda və hazırda yaşadığımız müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz olan Azərbaycan dili müstəsna rol oynayıb.

Aytən Sakitqızı

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər