Ölkə ərazisində bir neçə çaydan sel keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində bir neçə çaydan sel keçib

Qafar Ağayev13:10 - 08 / 09 / 2021
Ölkə ərazisində bir neçə çaydan sel keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 8-i saat 12:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan 1news.az-a verilən məlumata görə, Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub, yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağışın miqdarı Lənkəranda 71.0 mm (aylıq normanın 42 %-i), Astarada 59.0 mm (aylıq normanın 30 %-i), Lerikdə 40.0 mm (aylıq normanın 58 %-i), Kişçayda (Şəki) 39.0 mm (aylıq normanın 37 %-i), Şinçayda (Şəki) 32.0 mm (aylıq normanın 47 %-i), Yardımlıda 29.0 mm (aylıq normanın 37 %-i), Əyriçay Başdaşağılda (Oğuz) 27.0 mm (aylıq normanın 37 %-i), Şəkidə 25.0 mm (aylıq normanın 37 %-i), Qubada 20.0 mm (aylıq normanın 32 %-i), Zaqatalada 18.0 mm, Qusarda 14.0 mm (aylıq normanın 29 %-i), Sarıbaşda (Qax) 13.0 mm, Şahdağda 11.0 mm, Nabranda 10.0 mm, Balakən, Qrızda 7.0 mm, Xınalıqda 6.0 mm, Şabranda 5.0 mm, Xaltan, Şabran, Altıağacda 3.0 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Binə, Bakıda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Tərtər, Salyanda 25 m/s, Ağdamda 22 m/s, Neftçala, Hacıqabul, Şirvanda 20 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Qum adasında 23 m/s, Binədə 21 m/s, Pirallahıda 20 m/s, Maştağa, Çılov adası, Neft Daşlarında 19 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraiti sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Paylaş:
492

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər