Bu park görənləri dəhşətə gətirir - Ərazidə natəmizlik hökm sürür - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu park görənləri dəhşətə gətirir - Ərazidə natəmizlik hökm sürür - VİDEO

14:50 - 08 / 09 / 2021
Bu park görənləri dəhşətə gətirir - Ərazidə natəmizlik hökm sürür - VİDEO

Bu park görənləri dəhşətə gətirir. Oradakı mənzərə zibilliyi xatırladır. Özü də bu park şəhərin mərkəzində yerləşir. Şəhriyar adına park baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Parkın böyük bir ərazisi isə kafe və restoran sahibləri tərəfindən zəbt olunub.

Məsələya parkın direktoru da aydınlıq gətirib. O, bildirib ki, yaxın vaxtlarda istirahət guşəsi bağlanacaq. Onun yerində müasir park salıncaq.

1news.az Xəzər TV-yə istinadən bildirir ki, vaxtilə istrahət üçün insanların ən çox üz tutduğu parkda, indi 3-4 nəfər güclə gözə dəyir. Xüsusi ilə də uşaqların sevimli məkanı olan park heç də zibillikdən fərqlənmir.

Parkdakı ağaclara da qulluq edilmir. Sakinlərin iddiasına görə ağaclar uzun müddətdir ki, sulanmır.

Hətta vəziyyət o yerə çatıb ki, baxımsızlıqdan aşan ağaclar belə kəsilib ərazidən götürülmür. Bəzi ağacların arası isə meşədəki kimi kolluqla bağlanıb.

Şəhriyar adına Mədəniyyət və İstrahət Parkının direktoru Şakir Hacıyev də yaranmış vəziyyətdən narahat olduğunu deyir. Amma o sakinləri sevindirəcək bir məlumatın anonsunu da verib.

Ümid edirik ki, yenidənqurmadan sonra böyük şair Məhəmmədhüseyn Şəhriyarın adını daşıyan bu park gözəlliyi ilə hər kəsin ürəyincə olacaq.

1news.az

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər