“Arşın mal alan” Çində | 1news.az | Xəbərlər
Cəmiyyət

“Arşın mal alan” Çində

16:42 - 08 / 09 / 2021
“Arşın mal alan” Çində

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulacaq. Sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın Çin dilində yeni quruluşda premyerası təqdim olunacaq. 18 sentyabr - Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunan konsert Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi və Tiencin şəhər bələdiyyəsi dəstəyi ilə hazırlanır.


1news.az xəbər verir ki, tamaşanın baş məsləhətçisi və koordinatoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev, dirijor Sun Cinkaydır, opera üzrə kastinq direktoru Li Saofey və Lu Şendir. Tamaşa Tiencinin Mahnı və Rəqs Opera Teatrının truppasının ifasında təqdim olunacaq.
Qeyd edək ki, bu, “Arşın mal alan” operettasının Çində 3-cü dəfə səhnələşdirilməsi olacaq. Əsər Çində ilk dəfə 1959-cu ildə Pekində səhnəyə qoyulub. Maraqlı məqam odur ki, "Arşın mal alan" Çinin paytaxtında səhnəyə qoyulan ilk xarici operetta olub. Növbəti dəfə isə 2010-cu ildə səhnəyə qoyulub.


Aytən Sakitqızı

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər