73 nəfərin diplomu tanınmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

73 nəfərin diplomu tanınmadı

Qafar Ağayev17:34 - 08 / 09 / 2021
73 nəfərin diplomu tanınmadı

Avqust ayı üzrə diplomların tanınması ilə bağlı 281 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.


Təhsildə Keyfiyyət üzrə Dövlət Agentliyindən 1news.az-a bildirilib ki, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 19, digər səbəblər üzrə 12 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.


Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 94, Ukraynadan 72, Türkiyə Respublikasından 62, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 27 müraciətin olduğu müşahidə olunur.


Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 36, hüquqşünaslıq üzrə 30, iqtisadiyyat üzrə 25, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 13 nəfər müraciətçi qeydə alınıb.


Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.


Aytən Sakitqızı

Paylaş:
432

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər