Şəkidə piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb

15:21 - 08 / 09 / 2021
Şəkidə piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb

Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1news.az

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər