Yaqut Qarayeva: Vaksinin vurulması ilə əlaqədar PCR testinin pozitivləşməsi mümkün deyil | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaqut Qarayeva: Vaksinin vurulması ilə əlaqədar PCR testinin pozitivləşməsi mümkün deyil

S.Xankişiyeva10:35 - 09 / 09 / 2021
Yaqut Qarayeva: Vaksinin vurulması ilə əlaqədar PCR testinin pozitivləşməsi mümkün deyil

“Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, buunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyil: “Vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir. PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir. Anticisimlər genom testinə pozitivlik verə bilməz”.

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər