Bakıda dördəm doğulub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dördəm doğulub – FOTO

S.Xankişiyeva14:47 - 14 / 09 / 2021
Bakıda dördəm doğulub – FOTO

Bu gün "Leyla Medical Center"də dördəmlər dünyaya gəlib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, tibb müəssisəsindən bildirilib ki, körpələrdən üçü oğlan, biri isə qızdır.

Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): "Ananın və uşaqların vəziyyəti stabildir".

Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər