Gədəbəy rayonunun dağlıq ərazilərinə xırdadənəli dolu düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəy rayonunun dağlıq ərazilərinə xırdadənəli dolu düşüb

Qafar Ağayev11:55 - 14 / 09 / 2021
Gədəbəy rayonunun dağlıq ərazilərinə xırdadənəli dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.

Xidmətdən1news.az-a bildiriblər ki, Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2 millimetr olub.

Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 millimetr olan xırdadənəli dolu düşüb.

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər