Zəfərin ildönümünə həsr edilmiş yarış keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəfərin ildönümünə həsr edilmiş yarış keçiriləcək

13:24 - 16 / 09 / 2021
Zəfərin ildönümünə həsr edilmiş yarış keçiriləcək

25-26 Sentyabr tarixlərində Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Azərbaycan Karate Təşkilatının (AKT) birgə təşkilatçılığı ilə Qarabağ müharibəsində zəfərin ildönümünə həsr edilimiş karate üzrə Bakı şəhər birinciliyi və çempionatı keçiriləcək.

Bu barədə 1news.az-a açıqlamasında Federasiyanın mətbuat katibi Sənan Məhərrəmov məlumat verib. Bildirib ki, "ASK Arena" stadionunun mini futbol meydançasında açıq havada kata və kumite üzrə fərdi yarışlar 8-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında olacaq. Qalib və mükafatçılara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, AMKF və AKT tərəfindən müvafiq diplom, medal və kuboklar təqdim ediləcək.

Qeyd edək ki, Qarabağ müharibəsində zəfərin ildönümünə həsr edilimiş Bakı şəhər birinciliyi və çempionatının açılış mərasimi 25 Sentyabrda saat 17:00-a planlaşdırılıb.

Aytən Sakitqızı

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər