2021-ci ildə açılışı olacaq məktəblərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

2021-ci ildə açılışı olacaq məktəblərin sayı açıqlandı

Qafar Ağayev13:46 - 16 / 09 / 2021
2021-ci ildə açılışı olacaq məktəblərin sayı açıqlandı

"2021-ci ildə ümumilikdə 88 məktəbin açılışı nəzərdə tutulur" .

1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə deyib.

"Bu təhsil müəssisələrinin 69-u Təhsil Nazirliyinin, 3-ü Bakı Şəhər İcra Hakimiyyətinin, 13-ü Heydər Əliyev Fondunun, 2-si Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) sifarişi ilə, 1-i isə Qaçqın və Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə inşa olunub.

O, bildirib ki, bu təhsil müəssisələrinin 55-i sentyabr, 33-ü isə dekabr ayında açılışı həyata keçiriləcək.

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər