Yevlaxda Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

13:58 - 16 / 09 / 2021
Yevlaxda Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

Yevlaxda rayon üzrə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfər fədailəri”kitabının təqdimat mərasimi keçirilib.

1news.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında Şəhidlərin məzarlarını ziyarət edərək məzarların üzərinə qərənfillər düzüblər.

Daha sonra tədbir Heydər Əliyev Sarayında davam etdirilib. Tədbir Dövlər himninin səslənməsi ilə açıq elan edilib. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, Zəfərimizi şəhidlərimiz öz qəhrəmanlıqları ilə təmin etdi və xalqımız onların unudulmaz xatirəsini əbədi yaşadacaq.

65 şəhidimiz hər birimiz üçün böyük itkidir. Amma əsas odur ki, onların qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin "Dəmir Yumruğ"u ilə Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi. Sizin, bizim, bütün xalqın intiqamı alındı. 65 igidimizin ruhu bu gün çox rahatdır. Bu da başda sizlər olmaqla, hamımızın ən böyük təskinliyidir.

Bu yaxınlarda başlamasının bir illiyini qeyd edəcəyimiz Vətən savaşında Yevlaxın yüzlərlə qəhrəman övladı döyüşə atıldı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin çağırışı ilə sakinlərimiz Vətən uğrunda səfərbər oldu. Qarabağ uğrunda Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. Bu müharibədə 65 igidimiz şəhadətə yüksəldi, 193 nəfər isə yaralandı. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Gələcək nəsillərinin öyrənəcəyi, ibrət götürəcəyi mükəmməl mənbədir. Vətənpərvərlik örnəyidir.

Bizim borcumuz isə bu qəhrəmanlıqları yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktların timsalında çatdırmaqdır.
Bu gün təqdimatına yığışdığımız "Zəfər fədailəri. Yevlax Şəhidləri" kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb.

Sonra Vətən müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra Yevlaxın ilk şəhidi Kazımov Emin Fərman oğlunun atası Fərman Kazımov, Millət Vəkili İlham Məmmədov və Vətən Müharibəsi Qazisi Orxan Hüseynov çıxış ediblər.

1news.az

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər