Bilik dünyasına səyahət! Leznik & Co.-da bir gün – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bilik dünyasına səyahət! Leznik & Co.-da bir gün – FOTO

S.Xankişiyeva14:10 - 16 / 09 / 2021
Bilik dünyasına səyahət! Leznik & Co.-da bir gün – FOTO

Hər bir valideyn öz övladı üçün uğurlu gələcək təmin etmək istəyir. Uğurlu gələcəyə aparan yol isə, məlum olduğu kimi, bir çox maneələrdən keçir. Bununla belə, təhsil sahəsində alınan düzgün qərarlar bu məqsədə gedən yolu asanlaşdıra bilər.
Əvvəlki dövrlərdə ixtisas seçmək daha asan idi, çünki bu qədər ixtisaslaşma növü və perspektivlər sadəcə mövcud deyildi. Ancaq dünya daim inkişaf edir və hər gün yeni peşələr, yeni təhsil ocaqları, bununla da, əlbəttə ki, övladlarımız üçün yeni imkanlar yaranır!
Günümüzdə aktual olan təhsil sahəsindəki yenilikləri anlamaq üçün oğlu keçən il bu şirkət tərəfindən təqdim olunan keyfiyyətli hazırlıq sayəsində ABŞ-ın ən nüfuzlu universitetlərindən birinə daxil olmuş həmkarımın tövsiyəsi ilə mən "Leznik & Co." şirkətinə yollandım.
Binaya daxil olduqda uşaqların niyə bura gəlməyə can atdıqlarını anladım: şəhərin mərkəzində rahat ofis, karantin rejimi qaydalarına riayət, mükəmməl təhlükəsizlik sistemi, peşəkar müəllimlər, xeyirxah əməkdaşlar – bütün bunlar məni əmin etdi ki, şagirdlərə və tələbələrə məsuliyyətli və qayğıkeş münasibət şirkətdə hər kəsin özünü hiss etdiyi xüsusi bir fəlsəfədir.

Məlumatlı olmadığımı və xaricdə təhsil almaq üçün zəruri olan imtahanlara hazırlıq proqramları haqqında bilmədiyimi qeyd edərək şirkətin əməkdaşına sual ünvanladım. Müraciətimin bütün təfərrüatlarını aydınlaşdırdıqdan sonra məni xarici universitetlərə qəbul ilə bağlı müraciət edən abituriyentlərə köməklik məqsədi daşıyan "Education Abroad" (Xaricdə Təhsil) departamentinə yönləndirdilər.


Etiraf edim ki, mən hətta güman belə edə bilməzdim ki, peşəni, ali məktəbi ora daxil olmamışdan xeyli əvvəl seçmək lazımdır. Sən demə, bu prosesdə öncədən həll olunmalı bir çox məqam var. Məsələn, ingilis dili üzrə bilik səviyyəsini yüksəltmək, SAT, ACT, IELTS, TOEFL imtahanlarına hazırlaşmaq. Eyni zamanda, həm də hər bir ölkənin öz qəbul qaydaları var, bəzi universitetlərdə isə bəzən xüsusi imtahan vermək gərəkdir!
Ancaq bu yeni sözlərdən və qaydalardan çəkinməyə dəyməz, çünki mənim kimi şirkətin ofisinə yaxınlaşsanız, Sizə hər bir məqamı ətraflı izah edəcək və suallarınıza cavab verəcəklər. Ən əlverişli cəhət ondan ibarətdir ki, şagird imtahanlara hazırlaşaraq mərhələli şəkildə bütün proqramı keçir, daha sonra lazımi nəticəni əldə edərək, mütəxəsisslərinin müraciət ərizəsindən tutmuş müsahibə hazırlığına qədər hər bir prosesdə yardım göstərdiyi "Education Abroad" (Xaricdə Təhsil) departamentinə müraciət edir. Valideynlərin narahat olmalarına və fərqli yerlərdə müəllimlər, sonra da xaricdə təhsil almaq üçün şirkətlər axtarmalarına ehtiyac yoxdur, çünki "Leznik & Co."-da bütün bu xidmətlər bir bina daxilində toplanıb.

Bir çoxları təsəvvüründə "Leznik & Co." şirkətini onun təsisçisi, yüzlərlə şagirdinin SAT üzrə yüksək nəticə əldə etdiyi məşhur riyaziyyatçı Emil Leznik ilə əlaqələndirilir. Şagirdlərin biliyinin daimi nəzarətini təmin edən möhtəşəm sistem məhz ona məxsusdur. Lakin bu gün "Leznik & Co." dedikdə ilk ağla gələn yalnız riyaziyyat deyil!

"Leznik & Co."-da texniki fənlər üzrə hazırlıq proqramları ilə yanaşı, ingilis dilində IELTS və TOEFL imtahanlarına hazırlıq və ödənişsiz "conversation club"-lar mövcuddur. Görünür ki, müəllimlər tədris prosesinə həqiqətən də ürəkdən yanaşırlar.

"Leznik & Co."-nun uğur göstəricilərindən biri də odur ki, bu gün "Made in Azerbaijan" brendi olan bu şirkət ölkəmizin hüdudlarından kənarda da tanınır. Qazaxıstanda tərəfdaşları olan "Leznik & Co."-nun mütəxəssisləri Nur-Sultandan olan abituriyentlərə riyaziyyat və ingilis dili öyrədirlər. Bunu öyrənəndə qürur hissi keçirdim!
Bundan əlavə, ilk məzunlarının artıq dünyanın öndə gedən universitetlərinə daxil olaraq zirvələri fəth etdiyi LANDAU School-un bünövrəsi məhz "Leznik & Co."-ya məxsusdur.


"Leznik & Co."-da tədris prosesini əyani şəkildə görmək və bu barədə danışmaq imkanından böyük zövq aldım. #DreamTeam-ə uğurlar arzulayıram və əminəm ki, biz bu brendin adını hələ çox eşidəcəyik, özü də ölkəmizin hüdudlarından kənarda.
Şadam ki, Azərbaycanda belə şirkətlər fəaliyyət göstərir və inkişaf edir. Əvvəlcə uğura gedən yolun "Leznik & Co."-dan keçdiyi ifadəsi mənim üçün gurultulu söz kimi səslənsə də, indi onu olduqca real hesab edirəm və bundan şəxsən əmin olacağam. Mən qərarımı verdim, indi seçim Sizdədir!

Paylaş:
724

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər