Qatarların hərəkət qrafikində dəyişiklik olacaq - Bakı Metropolitenindən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Qatarların hərəkət qrafikində dəyişiklik olacaq - Bakı Metropolitenindən AÇIQLAMA

12:43 - 16 / 09 / 2021
Qatarların hərəkət qrafikində dəyişiklik olacaq - Bakı Metropolitenindən AÇIQLAMA

Məktəblərin açılması ilə sərnişinlərin sayının artması gözlənilir.

Bunu 1news.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi:

“Bəli, sərnişin sıxlığının artması gözlənilir. Bu məqsədlə qatarların hərəkət qrafikindəki dəyişiklikdən tutmuş, digər tədbirlər də daxil olmaqla, bütün planlarımız ictimaiyyətə açıqlanacaq”.

Mayın 31-də təxminən 8 ay yarımlıq fasilədən sonra Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq metropolitenin fəaliyyətini davam etdirdiyini deyən mətbuat katibi əlavə etdi ki, bu fəaliyyət karantin qaydaların əməl edilməklə reallaşır:

“Sərnişinlər tərəfimizdən müxtəlif vasitələrlə mütəmadi olaraq məlumatlandırılır. Müntəzəm olaraq sentyabrın 6-dan etibarən monitorinqlərə başlanılıb. Metroda karantin qaydalarına tam əməl etmələri üçün tərəfimizdən polislərlə birlikdə vətəndaşlarla lazımi söhbətlər aparılır. Bundan başqa metropolitendə bu il 10 ədəd istismar müddətini başa vuran ventilyatorlar da yenisi ilə əvəzlənib. Bu da təbii ki, infeksiyanın yayılmasının qarşısını alır”.

Aytən Sakitqızı

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər