2021-2022-ci ildə peşə təhsili üzrə 21525 tələbə qəbulu olub

“2021-2022-ci ildə peşə təhsili üzrə ümumilikdə 120 ixtisas üzrə qəbul aparılıb”.
1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Peşə Agentliyinin direktor müavini Ceyhun Kərəmov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.
O, qeyd edib ki, 2021-2022 tədris ilində Peşə təhsil müəssisələrinə qəbul üzrə 21525 müraciət olub: “Bu göstərici 2020-2021 tədris ilində 19128 olub”.
C.Kərəmov bildirib ki, müraciətlərin 79 faizini texniki peşə üzrə təhsil təşkil edib: “İlk peşə üzrə 17 faiz, yüksək peşə üzrə 4 faiz plan yeri dolub”.
Qafar Ağayev
362